preloader gif

Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri,tibbi sığorta,Tibbi Sığorta üzrə Dövlət Agentliyi
15:27 03.02.2021

2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 müraciət daxil olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, müraciətlər ərizə, şikayət və təklif xarakterli olmaqla məktub və teleqram vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Şəki, Quba və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib. 

Agentliyə daxil olan müraciətlərin 9128-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 3469-u əlillik məsələləri, 1378-i işə qəbul və əmək münasibətləri, 315-i dərman preparatları və tibbi cihazların təminatı, 277-si COVID-19, 8-i tibb müəssisələrinə göndərişlərin verilməsi və 1599-u isə digər məsələlər üzrə mövzuları əhatə edib. 

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.  

Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 2443 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində Vətəndaşlar üçün” bölmə  mövcuddur. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilib, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilib.

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET