preloader gif

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
09:50 02.02.2021

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-dekabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2020-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 222 milyon 977 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (71 milyon 452 min manat).

Üçüncü yerdə 55 milyon 971 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Dövlət Sığorta” şirkəti 33 milyon 351 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 17 milyon 608 min manat.

Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Bakı Sığorta” (371 min manat), “Rəvan Sığorta” (332 min manat), “Naxçıvansığorta”  (49 min manat) olub. “Xalq Həyat” sığorta şirkəti və “Aqrar Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET