preloader gif

Azərbaycanın sığorta bazarı 7% böyüyüb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
10:20 27.01.2021

2020-ci ildə Azərbaycandakı 23 sığorta şirkətinin xətti ilə 728,634 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 465,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 54,3 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,8 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 44,3 manat olub.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET