10:20 27.01.2021
2020-ci ildə Azərbaycandakı 23 sığorta şirkətinin xətti ilə 728,634 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 465,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 54,3 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,8 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 44,3 manat olub.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.