10:06 27.01.2021
2019-cu il ilə müqayisədə 2020-ci ildə Azərbaycanın 20 sığorta şirkətindən 4-nin hesabladığı sığorta haqları azalıb, 15-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Rəvan Sığorta” şirkətidir (66%), ən az azalma isə “İpək Yolu Sığorta”da (6%) qeydə alınıb.
Yığımları ən çox artan “Xalq Həyat Sığorta” şirkətidir (4 dəfə), ən az artan isə “Azsığorta” şirkətidir (4%).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” şirkəti yeni yarandığı üşün müqayisə etmək mümkün deyil.
Mənbə: Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.