preloader gif

“Şahdağ”da əyləncə xidmətlərindən istifadə edənlər dövlət büdcəsi hesabına sığortalanacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
09:39 19.01.2021

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin dövlət büdcəsi hesabına sığortalanması xidmətinin satın alınması ilə əlaqədar təkliflər sorğusu elan edir

Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 27 yanvar 2021-ci il saat 17.00-dan gec olmamaq şərtilə göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan qiymət təklifləri baxılmadan geri qaytarılacaqdır.

Qiymət təklifi zərfləri 28 yanvar 2021-ci il saat 11.00-da Bakı şəhəri, Nizami küçəsi 96E (Landmark I, 4-cü mərtəbə) nömrəli ünvanda açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejimi¬nin tələblərinə uyğun olaraq açılış proseduru onlayn qaydada həyata keçirilə bilər.

Mənbə:Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET