preloader gif

Mərkəzi Bank iki sığorta şirkətinin lisenziyasını ləğv edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,Amrahsığorta,AXA MBASK Sığorta
08:52 06.01.2021

Azərbaycan Mərkəzi Bankı “AXA MBASK Sığorta” ASC və “Amrahsığorta” ASC-nin lisenziyasını geri çağırıb.

Banker.az xəbər verir ki, hər iki sığorta şirkətinin səhmdarları bir neçə ay könüllü ləğvetmə ilə bağlı idi.

“Axa MBASK Sığorta” Azərbaycan bazarında uzun müddətdir fəaliyyət göstərirdi. Son iki ildə yeni səhmdarı gələcəyi və Fransanın “AXA” sığorta brendinin Azərbaycanı tərk edəcəyi xəbəri yayımlansa da, görünür yeni səhmdar “MBASK”ın səhmlərini almaqdan imtina edib. Son bir neçə ayda isə sığorta şirkəti normal fəaliyyətdən uzaqlaşmışdı. Banker.az-a həmin zaman bildirirdilər ki, şirkət artıq bağlanmağa hazırlaşır. Bu gün isə “Vergi” qəzetində könüllü ləğv planını açıqladı.

“Amrahsığorta” isə maliyyə bazarında qalan sonuncu “Amrah” brendi idi. Sığorta şirkətinin səhmdarları ata-bala cari ilin aprelində ləğv edilmiş “Amrahbank” ASC-nin səhmdarları idi. AMB apreldə kapital çatışmamazlığı səbəbindən bu bankın lisenziyasını geri çağırmışdı.

“Amrahsığorta” ASC sonradan kaöital artımına getsə də, gözlənildiyi kimi səhmdarlarının iclasında könüllü ləğv edilərək bazarı tərk etmə istəyi ortaya qoyulmuşdu.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET