building
Şirkət

Standard Insurance

user
Sədr

Sadıxov Anar Ramiz oğlu

user
Lisenziya

018923

briefcase
Vöen

1300115641

map
Ünvan

Ş. Bədəlbəyli küç. 94, Bakı, Azərbaycan, AZ1014.

call
Nömrə 012930
sms
Elektron Ünvan [email protected]

Təsvir

ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

2005-ci ildə ASC “Standard Insurance” Sığorta Şirkəti özünün keyfiyyəti idarəetmə sistemini qurub həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır.

Həmin ildə ASC “Standard Insurance” Sığorta Şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda qalmaqdadır.

2006-cı ildə “Standard Insurance” şirkətinin inkişaf templəri yerli sığorta bazarının ümumi inkişaf templərindən xeyli artıq olmuşdur. Statistikaya əsasən, keçən il Şirkət tərəfindən yığılmış sığorta ödəmələrinin məbləği 9,59 milyon ABŞ dolları təşkil etmişdir, bu isə 2005-ci ilin analoji göstəricisindən 36% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə milli iqtisadiyyatın sığorta sektorunda müşahidə edilmiş inkişaf tempi 7%-i aşmır.Digər tərəfdən, Şirkətin yüksək gəlirlə fəaliyyət göstərdiyini qeyd etməyə dəyər. 2006-cı ilin yekunlarına əsasən, “Standard Insurance” şirkəti gəlir indeksi baxımından Azərbaycanda ən aparıcı şirkətlərdən biri hesab edilir.

“Standard Insurance” sığorta fəaliyyəti üçün müddətsiz lisenziyaya sahib oldu. Məhz bu il şirkət özünün 12 illiyini qeyd etdi.

“Standard Insurance” qanvermə üzrə “Qəhrəman Donorlar” xeyriyyə aksiyasına qoşuldu.

“Standard Insurance” Londonun aparıcı maliyyə jurnallarından biri olan  “Global Banking and Finance”-ın  “2014-cü il Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatına layiq görülüb.  

Şirkət rəyləri

Mövzu: Özbaşnalıq

star +1

Salam Hörmətli, Sizdən xahiş edirəm ki, Standart sığorta ilə bağlı problemimin həllində mənə köməklik göstərəsiniz. Belə ki, 10.12.2019-cu il tarixində səhər saat 10:00 radələrində mənə aid olan Nissan XTrail markalı avtomobil Standart sığorta tərəfindən sığortalanmış LX markalı avtomobil tərəfindən dayanmış vəziyyətdə arxadan vurulub. Həmin avtomobilin sığortalandığı Standart sığortanın əməkdaşı və idarə heyyəti mənim avtomobilimə dəymiş ziyanı düzgün qiymətləndirmir. Belə ki, Nissan servis mərkəzində mənim avtomobilimə dəymiş ziyan 2108 manat dəyərində hesablanıb və bu haqda mənə rəsmi sənəd verilib. Lakin adı çəkilən sığorta şirkəti mənə cəmi 545 manat pul ayırır. Mən etirazımı bildirdikdə həmin şirkətin əməkdaşı Teymur Səfərov bu haqda hansı instansiyaya şikayət ediriksə edək “Get kimə şikayət edirsənsə et!” təbirində cümlələr quraraq buna məhəl qoymayacağını sərgiləyir. Həmin şəxs tutduğu vəzifədən istifadə edərək məmur özbaşınalığına yol verir. Buradan da onun çalışdığı şirkətin siyasətinin vətəndaşların mənafeyinə xidmət etməməsi ortaya çıxır.

Status : Təsdiqlənib

date

22:02 27.12.2019

Mövzu: pul

star +1

iki aydan cox du pulu hesaba kocurmurler oparatorler telefona cevap vermirler sigorta sirketine gedirik sikayetimizi hec kim dinlemir 7 is gunu icinde pulunuz hesaba kocurulecek dediler 60 gun oldu pul yoxdu sabahdan artix mehkemeye erze yazacam

Status : Təsdiqlənib

date

21:57 15.08.2019

Mövzu: Şikayət

star +1

Şikayətim standart insurance sığortaçı barədədir. Artıq 20 gündir ki qiymət razılıqı olub ve ödəniş olunması üçün aidiyyatı bölməyə sənədlər verilib.indi isə bildirirlər ki, ödənişi gələn ayın 19dan sonraya planlaşdırırlar.İlk öncə qeyd edimki, mənim bu məsələmdə çox saxtakarlığa əl atdı MAŞENİK STANDART SİĞORTAÇİ.(məsələn.SƏRBƏST EKSPERTİN QİYMETLENDİRMESİNİ DEYİSDİRMEYE ÇALIŞDILAR VƏ SAİR).buna dair dəlil və subutlarim var, artıq şirkəti məhkəməyə verib dəyən zərərin 3 mislini tələb edəcəm və cərimələnməsini tələb edəcəm..Və indi hansı haqla ödənişi yuvadırlar anlamıram.Bəyəm vətəndaşlar maşını sığortalayanda YPX bizlərə əlavə vaxt verir?və yaxud hissə hissə ödəniş edirik?Mənə qətiyyən maraqlı deyil şirkətin balansında pul var yoxsa yox!Pulun yoxdursa bağla şirkəti.millətin pulunu oğurlamayın.Tələb edirəm pulumu Tam ve yuvatmadan odəsin MAŞENİK STANDART İNCURANCE sığortaçı..yoxsa ödənişi yuvatdığları üçün hər günə görə dəbbə pulu ve birçox saxtakarlığa əl atdığları üçün elavə təzminat tələb edəcəm.özlərində qeydiyyatda olan sərbəst ekspertin hesablamasını azaltmağa çalışmaglarını, mənim pulumu oğurlamağa çalışmaq kimi qiymətləndirib məhkəməyə müraciət edəcəm.REDD OLSUN MAŞENİK STANDART İNSURANCE sığortaçı.

Status : Təsdiqlənib

date

17:41 28.03.2019

Mövzu: Благодарное письмо

star +3

Хочу выразить свою признательность диспетчерам-координаторам Standard Insurance в частности Айнур ханум! За все время, которое я и моя семья пользуемся нашими полисами, не было ни одного разговора, когда мне не смогли помочь.Всегда вежливая, внимательная,Айнур ханум очень сопереживает пациенту,поддержит добрым словом. Мне всегда оперативно находили подходящий вариант клиники,давали четкие и профессиональные рекомендации по выбору врача. Каждый раз я уверена,что подход к моему запросу будет не формальный, а по-настоящему человеческий.Ценю и уважаю непростой труд, понимая, как много концентрации и сдержанности требует эта работа.С уважением и вниманием,Наргиз Абдуллаева (Номер договора TS-874-114/18)

Status : Təsdiqlənib

date

13:34 16.01.2019

Mövzu: Sigorta hadisesi

star

25.12.2018 10-TT-647 dnn avtomobilimnen hadise bas vermisdi gosterdiyi xidmete gore raziyam

Status : Təsdiqlənib

date

15:03 28.12.2018

Mövzu: Operativlik, Müştəri yönümlülük

star +3

Qeyd edim ki, artiq 2 ildir ki, Standard Insurance şirkətində sığortalıyam. Her bir müraciətə xüsusi diqqət yetirilir. operatorlar ən qısa zamanda sizi düzgün həkimə yönəltməyə çalışırlar. Bir müraciətim zamanı həkimdən narazılıımı bildirdikdə Standard İnsurance şirkətinin operatorları həkimlə bağlı mənim şikayətimi dinlədikdən sonra digər, - özlərinin məsləhət bildirkləri həkimə yönəltdilər. Qeyd edim ki, həm klinikadan, həm həkimdən, həm də Standard İnsurance şirkətindən mənim nə dərəcədə razı qalmağımın vacibliyi hiss olunurdu. Bu isə öz növbəsində yüksək xidmətdən xəbər verir!

Status : Təsdiqlənib

date

16:56 25.12.2018

Mövzu: Minnətdarlıq

star

"Azeronline ltd" BM şirkəti adından dərin minnətdarlıq "Standard İnsurance" işçilərinə bildirmək istəyirik. Uzun illərdi əməkdaşdıg etdiyimiz sığorta şirkətin könüllü tibbi, kasko və icbarı xidmətlərindən faydalanırıq. Mehriban və operativ şəklində çalışan müştəri xidmətləri bölümü tibbi məsələlər ilə böyük təcrübəyə naildilər (həkim və tibbi müəssisələr haqqında lazımlı malumatlar), bu çox vacib və dəyərli mövzudur. Kasko ilə bağlı problemlər təcili həll olunur. Zərər dəyən avtomobillər normal qiymət ilə hesablanır və təmir olunur. Dostumuz "Standard İnsurance" şirkətinə uğurlar azru edirik!

Status : Təsdiqlənib

date

12:30 21.12.2018

Mövzu: Avtomobil sigortasina teshekkur

star +3

Sefirliye mexsus butun avtomobillerin icbari ve kasko sigortasi tam operativ ve suretli shekilde Standard Insurance Sigorta shirketi terefinden temin olunur . Cari ilde 5 defe sigorta hadisesi bash vermishdir ve mutexessisler derhal hadise yerine gelmish ve sigorta odenishini operativ shekilde, qisa muddet erzinde yerine yetirmishler. Xususile Departament rehberi Anar Xelefova derin teshekkurumuzu bildiririk.

Status : Təsdiqlənib

date

12:10 17.12.2018