preloader gif

Standard Insurance | Şirkət Haqqında


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!


Şirkət
Standard Insurance
Sədr
Sadıxov Anar Ramiz oğlu
Lisenziya
018923
Vöen
1300115641
Nömrə
Ünvan
Ş. Bədəlbəyli küç. 94, Bakı, Azərbaycan, AZ1014.
Elektron Ünvan
Təsvir

ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

2005-ci ildə ASC “Standard Insurance” Sığorta Şirkəti özünün keyfiyyəti idarəetmə sistemini qurub həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır.

Həmin ildə ASC “Standard Insurance” Sığorta Şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda qalmaqdadır.

2006-cı ildə “Standard Insurance” şirkətinin inkişaf templəri yerli sığorta bazarının ümumi inkişaf templərindən xeyli artıq olmuşdur. Statistikaya əsasən, keçən il Şirkət tərəfindən yığılmış sığorta ödəmələrinin məbləği 9,59 milyon ABŞ dolları təşkil etmişdir, bu isə 2005-ci ilin analoji göstəricisindən 36% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə milli iqtisadiyyatın sığorta sektorunda müşahidə edilmiş inkişaf tempi 7%-i aşmır.Digər tərəfdən, Şirkətin yüksək gəlirlə fəaliyyət göstərdiyini qeyd etməyə dəyər. 2006-cı ilin yekunlarına əsasən, “Standard Insurance” şirkəti gəlir indeksi baxımından Azərbaycanda ən aparıcı şirkətlərdən biri hesab edilir.

“Standard Insurance” sığorta fəaliyyəti üçün müddətsiz lisenziyaya sahib oldu. Məhz bu il şirkət özünün 12 illiyini qeyd etdi.

“Standard Insurance” qanvermə üzrə “Qəhrəman Donorlar” xeyriyyə aksiyasına qoşuldu.

“Standard Insurance” Londonun aparıcı maliyyə jurnallarından biri olan  “Global Banking and Finance”-ın  “2014-cü il Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatına layiq görülüb.