Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Standard Insurance

Standard Insurance

star +3

Mövzu: Operativlik, Müştəri yönümlülük

Qeyd edim ki, artiq 2 ildir ki, Standard Insurance şirkətində sığortalıyam. Her bir müraciətə xüsusi diqqət yetirilir. operatorlar ən qısa zamanda sizi düzgün həkimə yönəltməyə çalışırlar. Bir müraciətim zamanı həkimdən narazılıımı bildirdikdə Standard İnsurance şirkətinin operatorları həkimlə bağlı mənim şikayətimi dinlədikdən sonra digər, - özlərinin məsləhət bildirkləri həkimə yönəltdilər. Qeyd edim ki, həm klinikadan, həm həkimdən, həm də Standard İnsurance şirkətindən mənim nə dərəcədə razı qalmağımın vacibliyi hiss olunurdu. Bu isə öz növbəsində yüksək xidmətdən xəbər verir!

Status : Təsdiqlənib

date

16:56 25.12.2018

Portal administratoru

Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin verdiyiniz rəy konkret hala aid edilmədiyi üçün, qaydalara əsasən, reytinq balını +3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası

date

2019-01-08 15:05:47