preloader gif

Maliyyə Bazarlarına Nəzarət Palatası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçirib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:07 26.08.2019
Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş sahiblik düşüncə tərzinin dəyişdirilməsi və maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq 22 avqust tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövsuzunda maarifləndirici seminar keçirilib.  
 
Tədbirin məqsədi müasir dövrün tələblərinə uyğun olaraq KOB subyektlərinin alternativ maliyyə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılmasıdır. Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.
 
İnteraktiv müzakirə və dialoq formatında keçirilən seminarda sahibkarlarla qiymətli kağızlar bazarında ticarət olunan maliyyə alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə imkanları və üstünlükləri, qiymətli kağızlar bazarının sahibkarlar üçün yaratdığı fürsətlər və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.