Birinci yarımil üçün nağdsız ödənişlərin məbləği açıqlandı

16:15 06.08.2019

Azərbaycanda 7011 min ədəd ödəniş kartı var.
Bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərdə məlumat verilir. Məlumatda bildilir ki, bankomatlarda 86 min  əməliyyat vasitəsilə 16 mln manat həcmində  nağdsız ödəniş həyata keçirilib. POS terminallar vasitəsilə 95min manat həcmində 1949 nağdsız ödəniş əməliyyatı baş tutub. Elektron ticarət alətləri vasitəsilə 232 mln manat həcmində ödəniş edilərək  3423 min əməliyyat aparılıb.