Sığorta sektorunda əmək haqqı məbləğləri

15:35 25.07.2019

Azərbaycanın sığorta sektorunda işçilərə verilən əmək haqları açıqlanıb.

Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sığorta şirkətlərində çalışanların orta aylıq əmək haqqı 1521,1 manat təşkil edir. Məlumata görə, özəl sığorta şirkətlərində çalışanların əmək haqqı dövlətlə müqayisədə daha yüksəkdir. Özəl sektorda orta maaş 1530,1 manat, dövlət sığorta şirkətində isə 1356,1 manat təşkil edir. 

Komitədən bildirilib ki, hazırda Azərbaycanın sığorta sektorunda 3123 nəfər çalışır.

 

Mənbə: fed.az