preloader gif

6 ayda həyatın yaşam sığortası bazarının həcmi 100 milyon manatı keçdi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:44 04.08.2020

Həyatın yaşam (yığım) sığortası üzrə hesablanan sığorta haqları artır. Bu, daha çox şəxsin öz maaşını həyatın yaşam sığortasına köçürməsi deməkdir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları 2020-ci ilin yanvar-iyun ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 19 min manat və yaxud 32% artaraq 112 milyoker.an 75 min manat təşkil edib.

İlk 6 ayda həyatın yaşam sığortası üzrə ödənişləri isə 68 milyon 168 min manat və yaxud 3 dəfəyə yaxın artaraq 107 milyon 767 min manat olub.

Həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqlarında bu il ötən ilin eyni dövrü ilə müqayisədə artım olsa da, hələ də 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azdır. Belə ki, 2018-ci ilin ilk 6 ayında 130 milyon 959 min manat sığorta haqları hesablanmışdır.

Qeyd edək ki, Azərbaycanda 4 həyat sığortası şirkəti (Atəşgah Həyat, PAŞA Həyat, Qala Həyat və Xalq Həyat) fəaliyyət göstərir.

Mənbə: Banker.az