preloader gif

Azərbaycan sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,sigorta sirketlerinin renkinqi
11:40 30.07.2020

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-iyun ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin iyun ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 91 milyon 595 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Sığorta”dır (31 milyon 642 min manat)

Üçüncü yerdə 16 milyon 202 min manat olmaqla “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 8 milyon 195 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah” sığorta şirkətidir – 7 milyon 952 min manat.

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə  “Rəvan Sığorta” (235 min manat), “Bakı Sığorta” (120 min manat), “Naxçıvansığorta” (4 min manat) olub. “Xalq Həyat” sığorta şirkətləri isə sığorta ödənişlərini həyata keçirməyiblər.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Həmçinin avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi daxildir.

Mənbə: Banker.az