“Günay Sığorta”da yeni təyinatı

11:50 14.07.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri

Səidə Fətullazadə “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub.

Fins.az xəbər verir ki, S.Fətullazadə 2017-ci ildən şirkətdə Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktor kimi çalışırdı.

Qeyd edək ki, Biznesin inkişafı departamentinin tabeliyinə Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsi, Fərdi və Korporativ satış şöbəsi, Telemarketinq şöbəsi və Müştəri xidmətləri şöbəsi aiddir.

Mənbə: Fins.az