14:58 08.07.2020
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən qarışıq maliyyə risklərinin sığortası (işin dayanması ilə bağlı risklərdən sığorta) üzrə 2020-ci ilin yanvar-may ayları ərzində 406,4 min manat həcmində sığorta haqqı yığılıb.
Bu il bu növ sığorta üzrə 13,2 min manat sığorta ödənişi həyata keçirib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB-nin məlumatına əsasən, 2019-cu ilin müvafiq dövründə isə bu sığorta növü şirkətlərin toplam sığorta haqları 307,7 min manat təşkil edib.
Həmin il ərzində heç bir ödəniş həyata keçirilməyib.
Belə ki, cari ilin may ayında ötən ilin müvafiq dövrüylə müqayisədə işin dayanması ilə bağlı risklərdən sığorta üzrə sığorta haqları 32% artıb.
Mənbə: Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.