preloader gif

ADIF “Bakı Fond Birjası”nın səhmlərinin 12%-nə nəzarət edir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri
10:38 01.07.2020

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 3 bank vasitəsilə “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmlərinin 11,9%-nə nəzarət edir.

Bu, “Report”un hesablamaları nəticəsində məlum olub.

Söhbət müvafiq olaraq 2016, 2017 və 2020-ci illərdə lisenziyası ləğv edilərək Fondun nəzarətinə verilmiş “United Credit Bank”, “Dəmir Bank” və “AGBank” ASC-lərdən gedir.

Bunlardan ilk 2-si BFB-nin birbaşa səhmdarıdır və hər biri Birjada 4,76% paya malikdir (ümumilikdə 9,52%).

“AGBank” isə 2009-cu ildə Böyük Britaniyanın “Kazimir Partners” investisiya şirkəti ilə birlikdə yaratdığı “Caspian Financial” MMC vasitəsilə BFB-dən 4,76% birgə pay alıb. Yeri gəlmişkən, ingilislərin bu şirkəti bağlanana qədər “AGBank”ın səhmlərinin 2,4%-nə nəzarət edib. “Caspian Financial”da isə “Kazimir Partners”in payı 51%, Azərbaycan bankının payı isə 49% təşkil edib. Odur ki, “AGBank”ın Birjadakı payı dolayı yolla 2,33% təşkil edib (4,76% * 0,49).

Mənbə: Report.az