preloader gif

ADIF: Ləğvetmədə olan 21 bankın kredit portfelinin 58%-i təminatsızdır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri
15:38 25.06.2020

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir”.

“Report” xəbər verir ki, bunu ADIF-in icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur.

“Kredit portfelinin 58%-i təminatsızdır. Bununla belə, onların bir qismi üzrə ödəniş edilir. Kreditini qaytarmaqda çətinlik çəkən müştərilərlə görüş keçirilir, onların borcunun restrukturizasiya edilməsi istiqamətində tədbirlər görülür”, - T.Piriyev əlavə edib. 

Mənbə: Report.az