İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına yatırımları artırıb

13:39 23.06.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri,icbari sigorta burosu, İSB,socar

Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) qiymətli kağızlara investisiyaları 13,6 milyon manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 26% çoxdur.

Yatırımların 8,5 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının payına düşür. Bu, 1 il əvvələ nisbətən 9,1% çoxdur. 2019-cu ildə İSB-nin Maliyyə Nazirliyinin istiqrazlarına investisiyaları isə 70,6% artaraq 5,1 milyon manata çatıb. 

Mənbə:  Report.az