preloader gif

"S&P" Azərbaycanın sığorta sektorunun gəlirliliyi stabildir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri
15:52 17.06.2020

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun risklərini yüksək qiymətləndirib.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, bu parametr ölkənin Rusiya və Türkiyə sığorta sektorları ilə ortaq cəhətidir. "S&P" agentliyinin mütəxəssislərinin fikrincə, sektorda gəlirlilik stabil olaraq artır və bu da təklif olunan məhsulların keyfiyyəti ilə dəstəklənir.

Makroiqtisadi mühiti, biznes aktivliyi və ÜDM-in artım perspektivlərini nəzərə alaraq, Azərbaycanda sığorta xərclərinin adambaşına 20-25 dollar arasında qalacağı, lakin sığorta ödənişlərinin ÜDM-ə nisbətinin aşağı olacağı və beşillik orta səviyyəyə, yəni 0,5%-ə yaxın olacağı proqnozlaşdırılır.

 

Agentlik qeyd edir ki, gələcək artım perspektivləri əsasən proqnozlaşdırılan yeni təşəbbüsləri həyata keçirmək və orta müddətdə yeni sığorta məhsullarını tanıtmaq  qabiliyyətindən asılı olacaq.

 

 

Mənbə: Apa.az