preloader gif

16 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

09:21 03.06.2020

2020-ci ilin ilk 4 ayında Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 4-nin ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat ötən ilin və cari ilin aprel ayında, Naxçıvan Sığorta isə 2019-cu ildə ödəniş etmədiyindən müqayisə mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “İpək Yolu Sığorta” şirkəti (37 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “Günay Sığorta”dır (artım 11%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “AXA Mbask” sığorta şirkətində (92% azalma), ən az azalma isə “Azərbaycan Sənaye Sığorta” şirkətində (2% azalma) qeydə alınıb.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.

Mənbə: Banker.az