preloader gif

Bu sığorta şirkətinin 21 min manata yaxın vergi borcu var


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:19 02.06.2020

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 1-i dövlət büdcəsinə borcludur. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. 

Məlumata görə, söhbət "Rəvan Sığorta” ASC-dən gedir. Şirkətin vergi borcu 20 645,37 manat təşkil edir.

Qeyd edək ki, "Rəvan Sığorta" Azərbaycan Mərkəzi Bankı(AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olduğu üçün nəzarətə götürdüyü 2 sığorta şirkətindən biridir. Şirkətə kapitalını artırmaq üçün 1 ay vaxt verilib. 

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Mənbə: Report.az