11:38 29.05.2020
“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bağlanan “Standard İnsurance” sığorta şirkətinin müştəriləri yaranan bütün mübahisələrlə bağlı İcbari Sığorta Bürosuna (İSB) müraciət edə bilərlər”.
Fins.az-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq, Büroya üzv sığorta şirkətləri topladığı sığorta haqlarının 5%-ni İSB-yə təqvim haqqı olaraq ödəyirlər: “Toplanan vəsaitlər isə bu dövrdə baş verən hadisələr zamanı sığorta haqlarının ödənilməsinə yönəldilir”.
Məlumata görə, hazırda müxtəlif sığorta sahələri üzrə İcbari Sığorta Bürosuna 15 sığorta şirkəti üzv olub.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.