preloader gif

“Standard Insurance”dəki son vəziyyət məlum olub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

11:13 27.05.2020

Azərbaycan Mərkəzi Bankının mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti ASC mayın 22-dən rəsmən tənzimləyici qurumun təyin etdiyi müvəqqəti inzibatçının nəzarətinə keçib.

“Report” xəbər verir ki, bu, Oruc Həsənxanovdur.

Hazırda müvəqqəti inzibatçı məhkəmənin “Standard Insurance”in müflis elan olunması barədə qərarını gözləyir. Bundan sonra sığorta şirkətində Ləğvetmə Komissiyası yaradılacaq və maliyyə qurumunun öhdəliklərini necə yerinə yetirməsinə dair qərar qəbul ediləcək.

“Çox güman ki, icbari sığorta növləri ilə bağlı öhdəliklər İcbari Sığorta Bürosuna ötürüləcək. Könüllü sığorta növləri ilə bağlı öhdəliklərin isə necə tənzimlənəcəyi barədə hələ ki bir fikir yoxdur”, - “Standard Insurance”dən “Report”a bildirilib.

Mənbə: Report.az