"Avtomobillərin icbari sığortasında inqilabi dəyişiklik olacaq" - İbrahim Alışov

11:58 28.06.2019

“Bu gün ən ağrılı məsələ avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortasıdır. Bu sektorda inqilabi dəyişiklik olacaq”.
 
Bunu bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) Palatanın  İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib. Onun sözlərinə görə, mobil aplikasiyalar vasitəsilə baş vermiş qəzalar barədə məlumatlar online rejimdə aidiyyatı dövlət qurumlarına və şirkətlərə göndəriləcək- deyə İbrahim Alışov bildirib.