“Atasığorta”nın səhmdarlarının yığıncağının vaxtı dəyişdirildi

10:43 25.05.2020

"Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı mayın 27-dən mayın 31-nə dəyişdirilib. 

Fins.az xəbər verir ki, buna səbəb əvvəlki tarixin Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü elan edilməsidir.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Mənbə: Fins.az