“Odlar Yurdu Sığorta Brokeri” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri bu il yanvarın 1-nə 190 min 262 manat təşkil edib.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə aktivləri 7,4 dəfə artıb.
2019-cu ildə “Odlar Yurdu Sığorta Brokeri” MMC öhdəlikləri 3,2 dəfə artaraq 550 min 923 manat olub.
Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 306 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), xərcləri 520 min manat (3 dəfə çox) təşkil edib. Son nəticədə, şirkətin zərəri 214 min 442 manat olub ki, bu da illik müqayisədə zərəri 4 dəfə azdır.
Xatırladaq ki, “Odlar Yurdu Sığorta Brokeri” 2014-cü ildən fəaliyyət göstərir.
Mənbə: Banker.az