Azərbaycanda fəaliyyət göstərən böyük sığorta şirkətləri vətəndaşlarla məhkəmə çəkişməsi zamanı qeyri-qanuni olaraq məhkəmələrə təsir edə bilir. Nəticədə vətəndaş zərər çəkir.
Bunu “MediaPost”a sığorta məsələləri üzrə hüquqşünas İlkin İbrahimov deyib.
Sığorta şirkətləri və vətəndaşlar arasında məhkəmə çəkişmələrini saytımıza şərh edən ekspert, ölkədə sığorta şirkətlərinin çox olmasının müsbət olduğunu bildirib:
“Əslində, sığorta şirkətləri nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki bu zaman şirkətlər arasında sağlam rəqabət olur. Həmçinin böyük sığorta şirkətləri məhkəmə mübahisələrində məhkəmələrə təsir edə bilir. Nə qədər böyük sığorta şirkəti olursa, o qədər də məhkəməyə təsir edə bilir. Bu zaman müştəri məhkəməni uduzur. Lakin balaca sığorta şirkətləri məhkəmələrdə şəffaf olur. Əgər sığorta sistemi şəffaflaşmaya gedirsə, məhkəmə sistemi də şəffaflaşmalıdır”.
Mənbə: MediaPost.az