“Azərbaycan Kredit Bürosu” MMC (AKB) daha 2 nisyə mal satışı ilə məşğul olan hüquqi şəxslə (mağaza) tərəfdaş olub.
“Report” xəbər verir ki, bunlar “Afn Trade” və “Vorld Telekom” MMC-lərdir.
Bununla da AKB-nin tərəfdaşlarının sayı 132-dən 134-ə çatıb. İndiyə qədər Büronun tərəfdaş siyahısında Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 4 mağaza olub.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır.
Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.
Mənbə: Report.az