preloader gif

"Standart İnsurance"in nə üçün bağlandığı açıqlanıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

15:46 19.05.2020

Mərkəzi Bank (AMB) "Standart İnsurance" sığorta şirkətinin lisenziyasının ləğv edilmə səbəbini açıqlayıb.

"MediaPost" xəbər verir ki, AMB açıqlmasında qeyd edib ki, “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib. Qiymətləndirmə çərçivəsində şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin, səhmdarlar tərəfindən şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və şirkət son iki ili zərərlə başa vurub.

“Standard Insurance”nin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.

Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib. - deyə AMB-nin məlumatında deyilir.

Mənbə: Mediapost.az