12:29 16.05.2020
2019-cu ildə Azərbaycanda stasionar və ambulator tibb müəssisələrinə imtiyazlı xəstələrin dərman preparatları ilə təminatı üçün 204,7 milyon manat vəsait sərf edilib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2018-ci illə müqayisədə 11,9 milyon manat və yaxud 6,2% çoxdur.
Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar TƏBİB-in (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) tabeliyində olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin vətibbi avadanlıqların alınması məqsədi ilə ötən il büdcədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 89,6 milyon manat vəsait ayrılıb.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.