14:14 15.05.2020
İyunun 16-da, saat 10:00-da “Azsığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Azsığorta"nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalına investisiya qoyması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.