preloader gif

“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

11:13 14.03.2019

Adau.edu.az-ın məlumatına görə, 15 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də nəzərdə tutulan “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşdırılması məqsədi ilə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda keçiriləcək Respublika elmi-praktiki konfransı baş tutacaq.

Konfransın işçi dilləri: Azərbaycan, Türk, Rus və İngilis

Konfransda iştirak forması: Əyani

Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

- Aqrar iqtisadiyyatda müasir yeniliklər

- Kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması

- Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri

- Aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası

- “Elektron kənd təsərrüfatı” informasiya sistemi – yeni imkanlar

Konfransın Təşkilat Komitəsinin ünvanı:

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, AZ2000,

Əlaqə nömrəsi:  (+994 22) 266 23 85, e-mail: elm.sh.adau@gmail.com

                                                                         a.hatamo[email protected]

                                                                         [email protected]