12:00 09.05.2020
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan “Rəvan Sığorta” 2019-cu il və 2018-ci ili mənfəətlə başa vurub.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə göstəricilərinə istinadən xəbər verir.
“Rəvan Sığorta” ötən ili 246 min 834 min manat xalis mənfəətlə, 2018-ci ili isə 227 min 71 min manat xalis mənfəətlə başa vurmuşdur. Amma bu mənfəət əldə etdiyi dövrlərdə mənfəət vergisi ödəməyib.
Onu da qeyd edək ki, 2017-ci ildə zərər etdiyi üçün vergi ödəməyib. 2016-ci ildə isə 69 min 297 manat vergi ödəyib.
Ötən il “Rəvan Sığorta”nın gəlirləri 2,425 milyon manat (illik müqayisədə 54,5% çox), xərcləri isə 2,178 milyon manat (62,3% çox) təşkil edib. Bu il yanvarın 1-nə “Rəvan Sığorta”nın aktivləri 17,058 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8% çoxdur.
Mənbə: Banker.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.