10:29 07.05.2020
İyunun 22-də, saat 15:00-da “Xalq Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Xalq Sığorta”ın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalına investisiya qoyması ilə bağlı məsələ daxildir.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.