11:51 05.05.2020
İyunun 8-də, saat 15:00-da “Günay Sığorta” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Günay Sığorta"nın maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin nizamnamə kapitalına investisiya qoyması məsələsi daxildir.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır.
Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.