21:36 04.05.2020
Hesabat dövründə könüllü sığorta növləri ödənişlərin məbləği 57 milyon 458 min manat təşkil edib ki, bu da illik müqayisədə 92,1% çoxdur.
Fins.az xəbər verir ki, il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,1% artaraq 19 milyon 606 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,8 manatı qədər ödəniş edilib.
Bu rəqəm 2019-cu ilin yanvar-mart aylarında 23 manat olub.
İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22,9 manatdan 24,4 manata qalxıb.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.