15:10 24.04.2020
2019-cu ildə toplanmış sığorta haqları 2018-ci ilə nəzərən 6.4 faiz azalaraq 681.5 milyon manat təşkil edib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, sığorta ödənişlərində isə artım müşahidə olunub, sığorta ödənişləri 25.2 faiz artaraq 301 milyon manat olub.
Sığorta bazarında könüllü növlərin payı üstünlük təşkil edib. Hesabat ilində sığorta haqlarının 67 faizi (456 milyon manat) könüllü, 33 faizi ( 225 milyon manat) isə icbari sığorta növlərinin payına düşür.
2018-ci illə müqayisədə könüllü sığorta növləri üzrə 15 faiz (81 milyon manat) azalma, icbari sığorta növləri üzrə isə 18 faiz ( 34 milyon manat) artım qeydə alınıb.
Mənbə: Apa.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.