2019-cu ilin yanvar-aprel ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

11:11 10.06.2019

2019-cu ilin yanvar-aprel ayları üzrə sığorta şirkətlərinin hesabldığı sığorta haqları və sığorta ödənişləri haqqında məlumatlar açıqlanıb.
 
"Insure.az" Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 9 sığorta şirkətinin topladığı sığorta haqları azalıb. 

2018-ci ilin eyni dövründə bu say 7 idi.
 
2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           
Könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub.
2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.
2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar Palatanın sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb. Həmin icmalla buradan tanış ola bilərsiniz.