Azərbaycanda yeni sığorta fondu yaradılacaq

10:17 13.02.2020

Milli arxiv fondu sənədlərinin sığorta fondu yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.

Sənədə əsasən, Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020–2025-i ildə Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılmasını təmin etməlidir.

Mənbə - Apa.az