10:09 10.02.2020
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda sığorta şirkətlərində qiymətləndirmələrə başlayacaq.
Bunu "APA-Economics"ə AMB-nin sədri Elman Rüstəmov deyib.
"Bütövlükdə bazarda sabitlikdir. Ola bilsin ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik. Biz çalışacağıq ki, bazarda əhəmiyyətli canlanma olsun. Qarşımızda qoyulan əsas məsələ əhalinin, biznesin risklərinin sığortasını əhatə etməkdir. Bu da bir tərəfdən sığorta bazarının genişlənməsinə, digər tərəfdən isə həm əhalinin, həm də biznesin risklərinin azalmasına gətirib çıxaracaq. Dövlətin qoyduğu əsas məsələ odur ki, sığorta bazarı problemi özü həll etsin, onu dövlətin üzərinə qoymasın", - deyə E. Rüstəmov bildirib.
Mənbə - Apa.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.