09:12 30.12.2020
Azərbaycanın 2021-ci il dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat olacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Mənbə: Apa.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.