Elman Rüstəmov: "Azərbaycan əmanətlərin sığortalanması sistemindən optimal şəraitdə çıxır"

15:12 25.12.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı

“Bu gün makroiqtisadi sabitlik bizə imkan verir ki, əmanətlərin tam sığortalanması sistemindən çıxaq. Artıq əmanətlərin tam sığortalanması özünün vəzifəsini həyata keçirib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. 

AMB sədri bildirib ki, Azərbaycan bu sistemdən optimal şəraitdə çıxır: “99,8 % əhalinin əmanətləri yenə də tam şəkildə sığortalanacaq. 0,2 % əmanətçimiz isə çox yüksək əmanətləri olanlardır.

Belə effektli keçid həm əhali, həm də bank sektoruna, bütövlükdə maliyyə sektruna olan etibarın qorunub saxlanmasına şərait yaradacaq”.

Mənbə: Apa.az