Milli məclisdə sığorta ilə bağlı qərar qəbul edildi

15:49 18.12.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Əmanətlərin tam sığortalanması haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb.

Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.

Mənbə: Fins.az