09:36 11.12.2020
"Azərbaycan əmanətlərin tam sığortalanması mexanizmi çərçivəsində 100 min manata qədər əmanətlərdən kənarda 1% qalacaq. Təxminən 3,4 mlrd. manatlıq əmanətlər 100 min manatdan yuxarıdır. Qalan hissəsi isə tam şəkildə sığortalanır".
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
AMB-nin rəsmisi bildirib ki, bankların bağlanması prosesi çox effektli təşkil olunmuşdu: "Əmanətlərin Sığortalanması Fondunun yeni rəhbərliyi tərəfindən olduqca böyük işlər görüldü".
Mənbə: Apa.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.