Azərbaycanda bu il icbari sığorta bazarı böyüyüb

11:49 07.12.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,icbari sigorta, icbari sığorta bazarı

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 151.9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 096.3 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5.3% artıb, ödənişlər isə 14.8% azalıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar 45 296.1 min manat, ödənişlər isə 2 083.6 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 2% artaraq 147 855.9 min manat sığorta haqqı yığılıb, sığorta ödənişləri isə 15% azalaraq 54 012.7 min manat olub.





Mənbə: Banker.az