ASA yeni layihəyə start verdi

11:28 07.12.2020

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı

Azərbaycan Sığortaçılar Assosiasiyası ölkədə sığorta savadlılığının artırılması məqsədi ilə yeni layihəyə start verib.

ASA-dan Fins.az-a verilən məlumata görə, yeni video-layihənin başlıca məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır.

Məlumatda qeyd olunur ki, video-layihədə hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin olunur. Bütün bu proseslər video çəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qaşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir.

Qeyd edək ki, video-layihə üzrə hazırlanmış maairfləndirici çarxlar Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi “Youtube” səhifəsində mütəmadi olaraq yayımlanacaq.




Mənbə: Fins.az