preloader gif

İşğaldan azad olunmuş ərazilərimizdə daşınmaz əmlakın sığortası ilə bağlı TƏKLİFLƏR


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
16:24 30.11.2020

Sığorta eksperti İlkin İbrahimov Azərbaycan Respublikasının Mərkəzi Bankı işğal olunmuş ərazilərimizdə Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə Dövlət İnzibati binaların sığorta haqqı və onun ödənilməsi qaydasının tətbiq edilməsi və gələcəkdə yaranan subroqasiya (geri tələb etmə) halı ilə bağlı təkliflər irəli sürüb. 

Fins.az həmin təklifləri təqdim edir: 

1. Dövlət Statistika Komitəsindən və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən hazırda işğaldan azad edilmiş bölgələrdə nə qədər dövlət inzibati binaların olması barədə məlumat dəqiqləşdirilsin 

2. Dəqiqləşdirilmiş Dövlət inzibati binalarının 2011-ci ildən bu günə sığorta haqqı müəyyənləşdirilsin. 

3. Müəyyən edilmiş sığorta haqqı ödənilməsi üçün Nazirlər Kabinetinə təqdim edilsin 

4. Sığorta haqları qanuna uyğun olaraq Dövlət sığorta şirkətinə və ya digər özəl sığorta şirkətlərinə də ödənilə bilər. 

5. Sığorta hadisəsi ilə əlaqədar FHN-in istintaq idarəsindən müvafiq arayış alınsın . Arayışda mütləq “Ermənistan dövlətinin təcavüzü nəticəsində baş vermişdir” ifadəsi işlənsin. 

6. İnzibati binaların bərpası zamanı sığorta ödənişlərindən mütləq istifadə olunsun. Dövlət bu və ya digər hissədə həmin əmlakların bərpası ilə bağlı ayırmalar ayıracağından, gələcəkdəki subroqasiya halına əsas yarana bilər. 

7. Sığorta ödənişi edilən hadisələrlə bağlı sığorta şirkətləri də beynəlxalq məhkəmələrdə subroqasiya hüququnu müdafiə etsinlər.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET