Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 239,296 milyon manat sığorta haqqı toplanılıb.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,2% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 342,213 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7,5% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,25 dəfə artaraq 185,94 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,3% artaraq 121,822 milyon manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 40,5 manat və 37,4 manat olub.
Mənbə: Renkinq.az